Reklam resmi
Reklam resmi

Naxçıvanda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Naxçıvanda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu
Hadisə

Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayış binasının zirzəmisində yanğın baş verib.

Ajans.az Unikal-a istinadən xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20-ə yaxın sakin təxliyəsi həyata keçirilib.

Mövzular:
Naxçıvan Əliabad qəsəbəsi Dövlət Yanğından Mühafizə Hissəsi

Digər Xəbərlər