Niderland Ukraynaya ABŞ istehsalı hərbi texnika GÖNDƏRƏCƏK
Niderland Ukraynaya ABŞ istehsalı olan silah sistemlərini göndərən ilk NATO dövləti olacaq.
Ajans.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans "X"də paylaşım edib.
Onun sözlərinə görə, Niderland Ukraynaya "Patriot" zenit-raket kompleksləri, onların ehtiyat hissələri və raketlər də daxil olmaqla, ümumi dəyəri 500 milyon avro olan genişmiqyaslı silah paketi təqdim edəcək.
Ajans.az həmin paylaşımı sizlərə təqdim edir:
Oekraïne heeft acuut meer luchtverdediging en munitie nodig. Nederland levert als eerste NAVO-land een pakket van €500 mln Amerikaanse wapensystemen (o.a. Patriot-onderdelen en raketten). Zodat Oekraïne de Russische agressie kan tegenhouden, ook voor de rest van Europa. ???????????????? pic.twitter.com/jb4SELBenQ
— Ruben Brekelmans (@DefensieMin) August 4, 2025