Reklam resmi
Reklam resmi

Qubada yanğın törədən şəxslərdən biri HƏBS EDİLDİ, DİGƏR İKİSİ...

Qubada yanğın törədən şəxslərdən biri HƏBS EDİLDİ, DİGƏR İKİSİ...
Kriminal

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti tərəfindən məlumat verilib.

Verilən xəbərə görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan şəxslərdən Bahadır Mehrəliyev həbs edilib, digər iki şəxs isə inzibati qaydada cərimələnib.

Mövzular:
yanğın ərazi meşə açıq qəsdən şəxs həbs cərimə

Digər Xəbərlər