Türkiyədə bələdiyyə sədrinin oğlu ölü tapıldı
Əfsanəvi bələdiyyə başçısı Ahmet Nihat Dirimin oğlu qamışlıqda ölü tapıldı.
Ajans.az türk mediasına istinadən xəbər verir ki, İzmirin Foça rayonunda "Əfsanəvi başçı" kimi tanınan keçmiş bələdiyyə sədri Ahmet Nihat Dirimin oğlu Kerem Dirim qamışlıq ərazidə ölü tapılıb. Qarın, bilək və boğaz nahiyəsində kəsik izləri olan 38 yaşlı Dirimin cansız bədəni ekspertiza üçün Tibbi Ekspertiza İnstitutuna göndərilib.
Mövzular: