Reklam resmi
Reklam resmi

Tramp Rusiyaya güzəşt etdi

Tramp Rusiyaya güzəşt etdi
Dünya

Trampın ultimatum müddətinin qısaldılması izah edildi.

Ajans.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Silahlı Qüvvələrinin Donbasdakı uğurlu hücumu səbəbilə Rusiyaya qarşı verdiyi ultimatumun müddətini qısaldıb. Bu barədə “Lenta.ru”ya müsahibəsində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin dosenti, Rusiya Elmlər Akademiyası İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun baş elmi işçisi Boris Mejuyev məlumat verib.

“Vaxtın  qısaldılması Rusiya ordusunun uğurları ilə bağlıdır. Hücum davam edir. Nəhayət Çasov Yar alındı və yaxın vaxtlarda Krasnoarmeyskin (Ukrayna adı – Pokrovsk) da süquta uğraması mümkündür,” – deyə o izah edib.

Eyni zamanda, Trampın ultimatumla bağlı konkret müddətləri sadəcə improvizasiya kimi qiymətləndirən politoloq bildirib ki, ABŞ prezidentinin məqsədi hər vasitə ilə cəbhədə vəziyyəti öz xeyrinə dəyişməkdir. Lakin hazırda məqsəd Rusiyaya strateji məğlubiyyət vurmaq deyil, onun irəliləyişini dayandırmaqdır, – deyə Boris Mejuyev əlavə edib.

Daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Donald Trampın ultimatumunu tənqid etmişdi. Onun sözlərinə görə, Ukraynada atəşkəsə nail olmaq üçün ehtiyatla hərəkət etmək lazımdır.

Mövzular:
tramp rusiya

Digər Xəbərlər