Şabrandakı güclü yanğın SÖNDÜRÜLDÜ - Yenilənib
Şabran rayonunda güclü yanğın baş verib.
Ajans.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində yol kənarında 2 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
23:00
Şabranda güclü yanğın BAŞ VERDİ - VİDEO
Ajans.az xəbər verir ki, hadisə Bakı–Quba avtomagistralının kənarında, Şabran rayonunun Dəvəçikənd kəndi ətrafında baş verib.
Məlumata görə, axşam saatlarında biçilmiş əkin sahələri alışıb, güclü külək səbəbilə yanğın geniş əraziyə yayılıb, kol-kos yanıb.
Əraziyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam məhdudlaşdırılması üçün tədbirlər görülür.
Bu gönderiyi Instagram'da gör