Yəməndə miqrant qayığı BATDI
Yəmən sahillərində azı 20 qeyri-qanuni miqrant həyatını itirib.
Ajans.az "Anadolu"ya istinadən xəbər verir ki, ölkənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən aşıb.
Dəhşətli qəzada onlarla insanın itkin düşdüyü bildirilir.
Onların taleyi hələ də məlum deyil.
Sərnişinlərin əsasən efiopiyalı qeyri-qanuni miqrantlardan ibarət olduğu bildirilir.
Mövzular: