Belçika Qəzzaya 15 ton humanitar yardım ATIB
Belçika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qəzza zolağı üzərinə 15 ton humanitar yardım atıb.
Ajans.az Unikal-a istinadən xəbər verir ki, yardımın Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında və İordaniya ilə koordinasiyalı şəkildə Qəzzada humanitar əməliyyatların bərpası çərçivəsində həyata keçirildiyi bildirilir.
"Bu, 2024-cü ilin martında təxminən 164 ton humanitar yardımın buraxılmasından sonra Belçika ordusunun Qəzza zolağı üzərində bu cür ikinci əməliyyatıdır", - deyə rəsmi məlumatda deyilir.
Mövzular: