Tərtərdə 3 nəfər kanalda batdı
Tərtərdə 3 nəfər kanalda batıb.
Ajans.az Apa-ya istinadən xəbər verir ki, hadisə Suqovşan-Goranboy magistral su kanalının Cəmilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Dörd nəfər çimmək məqsədilə sözügedən kanala düşüblər. Onlardan 1-ni suda çıxarmaq mümkün olub, digər 3 nəfərin boğularaq öldüyü ehtimal olunur.
Sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi ə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Mövzular: