Evdə kişi meyiti AŞKARLANIB
Gəncədə evdən 40 yaşlı kişinin meyiti tapılıb.
Ajans.az-ın məlumatına görə, hadisə şəhərdə yerləşən həyət evlərinin birində baş verib.
Belə ki, 40 yaşlı İ.İmanovun yaşadığı evdə meyiti aşkar edilib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Mövzular: