Reklam resmi
Reklam resmi

Nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər SAXLANILDI

Nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər SAXLANILDI
Gündəm

Sabunçu rayonunda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanılıblar.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi tərəfindən məlumat verilib. 

Qeyd olunub ki, iyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-2109" markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub.

Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.

Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Sabunçu nəqliyyat vasitə yandırmaq saxlanmaq şəxslər

Digər Xəbərlər