Avtobus piyadanı VURDU
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 11 saylı xətt üzrə işləyən "ISUZU " markalı sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən A.Zeynallını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mövzular: