Reklam resmi
Reklam resmi

Laçında yanğın hadisəsi BAŞ VERİB

Laçında  yanğın  hadisəsi BAŞ VERİB
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat verib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dağlıq ərazidə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Mövzular:
FHN Laçın Güləbird kəndi

Digər Xəbərlər