Lənkəranın bu kəndlərində işıq OLMAYACAQ
Bu gün Lənkəran rayonunun bəzi kənd və qəsəbələrində işıq olmayacaq.
Ajans.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Hirkan" hava xəttində iyulun 31-də təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək rayonun Gərmətük, Hirkan qəsəbələri, Daşdalıqjar, Kosalar, Mamusta, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mövzular: