Reklam resmi
Reklam resmi

Azərbaycan bu ölkəyə qaz ixrac edəcək

Azərbaycan bu ölkəyə qaz ixrac edəcək
Cəmiyyət

Nazir Bayraktar: 4 milyard dollar dəyərində neft yatağı kəşf etdik

Ajans.az xəbər verir ki, Anadolu Agentliyinin Redaktor Masasına qatılan Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, 2025-ci ildə müxtəlif yerlərdə 57 milyon barel həcmində neft kəşf ediblər və bunun maddi dəyəri 4 milyard dollar təşkil edir.

Bundan əlavə, Bayraktar gələn il Qara dənizdə ikinci fazanın tamamlanmasından sonra istehsal olunan təbii qazla 8 milyon evin ehtiyacının qarşılanacağını açıqlayıb.

Nazir Bayraktar deyib:
“2 avqust şənbə günü Azərbaycandan gələcək təbii qazın Kilis üzərindən Hələbə ixracına başlayacağıq. Azərbaycandan gələn təbii qaz Suriyaya göndəriləcək. Bu qaz elektrik istehsalında istifadə olunacaq.”

Mövzular:
qaz suriya azərbaycan ixrac

Digər Xəbərlər