Reklam resmi
Reklam resmi

"Marga Wellness” və “Dreamland” məşhurları Bakıda bir araya gətirdi

\"Marga Wellness” və “Dreamland” məşhurları Bakıda bir araya gətirdi
Cəmiyyət

Dreamland-də fəaliyyət göstərən “Marga Wellness” mərkəzinin təşkilatçılığı ilə “Marga Baku Longevity Weekend” adlı möhtəşəm sağlamlıq tədbiri keçirildi.

Ajans.az xəbər verir ki, tədbirdə Türkiyənin tanınmış simaları — Tuba Ünsal, Nəsrin Cavadzade, Saadet Işıl Aksoy, Ege Kökenli və azad dalğıc üzrə dünya rekordu sahibi Şahika Ercümen iştirak etdilər. Azərbaycandan isə fəxri qonaq qismində tanınmış sənətçilər Nadir Rüstəmli və Tunzalə Ağayeva yer aldı.

İştirakçılar elmi əsaslı sağlamlıq tətbiqləri, qolf turniri, Redlight terapiyası, Cold Plunge, IV Drips prosedurları, Longevity Check-Up və detoks səhər yeməkləri ilə zəngin, unikal bir təcrübə yaşadılar. Axşam saatlarında isə Bakı mənzərələri altında təşkil edilən şəhər gəzintiləri və yerli mətbəxin ləzzətləri tədbirə xüsusi rəng qatdı.

“Marga”nın uzunömürlülük fəlsəfəsi əsasında hazırlanmış bu həftəsonu proqramı fiziki, zehni və sosial rifahı bir araya gətirərək iştirakçılara unudulmaz anlar bəxş etdi.

Mövzular:
Dreamland “Marga Wellness” “Marga Baku Longevity Weekend”

Digər Xəbərlər