Reklam resmi
Reklam resmi

Keçmiş polis polkovnikinin oğlu SAXLANILDI

Keçmiş polis polkovnikinin oğlu SAXLANILDI
Dünya

İrəvanda keçmiş polis polkovnikinin oğlu atışmadan sonra saxlanılıb.

Ajans.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, insident qonşular arasında məişət mübahisəsi nəticəsində baş verib.

Mübahisə zamanı 28 yaşlı Aşot Şahnazaryan tapançadan atəş açıb. Heç kim xəsarət almayıb.

Daha sonra atəş açan şəxsin qardaşı gilizi zibil qutusuna atsa da, müstəntiqlər onu tapıblar.

Tapançanın özü də tapılıb. Şahnazaryan istintaq şöbəsinə aparılıb.

Nəşrin məlumatına görə, saxlanılan şəxsin atası Ermənistan Yol Polisində rəhbər vəzifələrdə çalışmış keçmiş polis polkovnikidir.

Onun babası da Aşot Şahnazaryan vaxtilə İqtisadi Rəqabətin Müdafiəsi üzrə Dövlət Komissiyasına rəhbərlik edib.

Mövzular:
Ermənistan atışma polkovnik İrəvan oğlu

Digər Xəbərlər