Naxçıvanda polis nəfəri vəfat etdi
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşı xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Ajans.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı polis nəfəri Nurlan Əlizadə göstərilən tibbi müdaxilələrə baxmayaraq bir müddət sonra vəfat edib.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.
Mövzular: