Reklam resmi
Reklam resmi

Müştəri aldadılmasına qarşı QANUN SƏRTLƏŞDİRİLMƏLİDİR

Müştəri aldadılmasına qarşı QANUN  SƏRTLƏŞDİRİLMƏLİDİR
İqtisadiyyat

Market, mağaza, ticarət mərkəzlərinin müştəriyə yönəlik davranışlarını tənzimləyən hər hansı hüquqi, normativ akt yoxdur. Nəticədə, endirim kampaniyaları, cüzi qəpiklərlə böyük fərqi gizlətmə cəhdləri, rəflərdə olan məhsulların qiymətlərinin kassada fərqli olması və sair mövzularda vətəndaşlar problemlər yaşayır. Bəs, bu proses qanunla necə tənzimlənməlidir?

Deputat Vüqar Bayramov məsələ ilə bağlı Ajans.az-a açıqlama verib. 

O bildirib ki, Azərbaycanda istehlakçıların hüquqlarının qorunması  ilə bağlı  ayrıca qanun fəaliyyət göstərir. Bu qanun ilə istehlakçıların hüquqlarının qorunması həyata keçirilir. Mütəmadi olaraq, qanunvericilikdə tənzimləyici tədbirlər görülür. Bu sahədə beynəlxalq praktika nəzərə alınmaqla, mühüm addımlar atılır. 

Vüqar Bayramov açıqlayıb ki, bu istiqamətdə, xüsusilə, süni qiymət artımının qarşısını almaq və süni reklamların qadağan edilməsi qanunla daha ciddi şəkildə tənzimlənməlidir. Digər ölkələrdə bu tip reklamlara icazə verilmir. Hətta Rusiyada belə, bunu müşahidə edə bilərik. 

Deputat qeyd edib ki, bütünlükdə istehlakçıların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin gücləndirilməsi hər zaman  prioritetdir. Buna görə də, Azərbaycanda ayrıca qanun qəbul edilib və qüvvədədir. Lakin əlavə təkmilləşdirmə işlərinə də ehtiyac var.

author picture
Zərif Sofiyeva
Mövzular:
Market Reklam Süni qiymət artımı Vüqar Bayramov Qanunvericilik

Digər Xəbərlər