Reklam resmi
Reklam resmi

Aptekdən oğurluq etdi - VİDEO

Aptekdən oğurluq etdi - VİDEO
Cəmiyyət

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs kassada olan pulu oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ajans.az-a bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mövzular:
oğurluq aptek Ağsu rayonu

Digər Xəbərlər