Reklam resmi
Reklam resmi

Pirşağı çimərliyində atlar dənizə salındı

Pirşağı çimərliyində atlar dənizə salındı
Cəmiyyət

Pirşağı çimərliyində atların dənizə salınması narazılığa səbəb olub.

Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, istirahətə gələn vətəndaşlar, xüsusilə də uşaqlı ailələr üçün bu vəziyyət təhlükə yaradır.

Qeyd edilib ki, atlar əvvəlcə çimərlik boyunca çapılır, daha sonra isə dənizə salınır:

"Əvvəl sahildə çapırlar, sonra isə gətirib heyvanları salırlar dənizə. Rahat şəkildə dənizdə də dincəlmə imkanımız yoxdur. Bilmirik ki, uşaqları sahildə çapılan atlardan qoruyaq, yoxsa suyun içində üzən atlardan".

Vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsini və çimərliklərin istirahət üçün təhlükəsiz şəraitdə saxlanılmasını tələb edirlər.

Mövzular:
Pirşağı Atlar Çimərlik

Digər Xəbərlər