Reklam resmi
Reklam resmi

Agentlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi

Agentlik hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Cəmiyyət

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə Ajans.az-a Dövlət Dəniz və Liman Agentliyi Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.

Xəbərdarlığa əsasən, noyabrın 3-ü günün  ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi noyabrın 4-ü səhərədək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

Mövzular:
Agentlik Hava Xəbərdarlıq

Digər Xəbərlər