Dəniz iki can daha ALDI
Abşeron rayonunun Novxanı kəndində iki nəfər dənizdə batıb.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar xəttinə iki nəfərin dənizdə batması barədə məlumat daxil olub.
Hadisə ilə bağlı dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Mövzular: