Xocalı və Xocavənddə yanğın söndürülüb
Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb.
Ajans.az xəbər verir ki, hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir.
Əlavə məlumat veriləcək.
Mövzular: