Reklam resmi
Reklam resmi

Şuşadakı yanğının səbəbi AÇIQLANDI - Rəsmi

Şuşadakı yanğının səbəbi AÇIQLANDI - Rəsmi
Cəmiyyət

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Mövzular:
FHN Daxili İşlər Nazirliyi Şuşa Böyük Qaladərəsi

Digər Xəbərlər