Reklam resmi
Reklam resmi

Bakı-Quba yolunda qəza: "Nissan" aşdı

Bakı-Quba yolunda qəza: \"Nissan\" aşdı
Cəmiyyət

Bu gün saat 06:03-də Bakı-Quba yolunun 26.5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. 99 KT 839 dövlət nömrə nişanlı "Nissan" markalı minik avtomobilinin sürücüsü Orxan Mehman oğlu Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb.

Ajans.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev deyib.

Onun sözlərinə görə, sürücü avtomobildə tək olub:

"Sürücü yuxulu olmadığını və idarəetməni itirdiyini bildirib. Hadisə nəticəsində xəsarət alan yoxdur, yol-nəqliyyat hadisəsi maddi ziyanla nəticələnib.

Faktla bağlı araşdırma aparılır".

Mövzular:
quba nissan Bakı qəza

Digər Xəbərlər