Reklam resmi
Reklam resmi

Salyanda oğurluqlar edən keçmiş məhkum saxlanıldı

Salyanda oğurluqlar edən keçmiş məhkum saxlanıldı
Cəmiyyət

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fərdi təsərrüfatlardan oğurluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Səfərov saxlanılıb.

Ajans.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  Ajans.az- a verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxsin 2 fərqli təsərrüfatdan 8 baş xırdabuynuzlu heyvan və 10-dan artıq ev quşu oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Mövzular:
salyan məhkum oğurluq

Digər Xəbərlər