Reklam resmi
Reklam resmi

Tanınmış aktyor jurnalistləri təhqir etdi

Tanınmış aktyor jurnalistləri təhqir etdi
Dünya

"Yaşanılan Ada" filminin ulduzu jurnalistləri söyüb və onları qovub.

Ajans.az xəbər verir ki, "Yaşanılan Ada" filmində baş rolu canlandıran aktyor Vasili Stepano­v evinə gələn jurnalistləri söyərək qovub. Bu haqda Mash Telegram kanalı məlumat yayıb.

Stepanov jurnalistlərə belə deyib: “Əşyalarınızı yığın və buradan rədd olun” – və qapını onların üzünə bağlayıb.

Bildirilir ki, jurnalistlər aktyordan Struqatski qardaşlarının "Qarışqa yuvasındakı böcək" romanı əsasında çəkilən yeni “Günorta” serialı ilə bağlı şərh almaq istəyiblər. Bu layihədə Stepanov üçün simvolik olan Maksim Kammerer obrazını başqa bir aktyor – Yuri Kolokolnikov canlandıracaq.

Mövzular:
aktyor təhqir jurnalist

Digər Xəbərlər