Reklam resmi
Reklam resmi

Qəzzada atəşkəs danışıqları növbəti həftə bərpa olunacaq

Qəzzada atəşkəs danışıqları növbəti həftə bərpa olunacaq
Gündəm

Qəzzada atəşkəs üzrə danışıqlar növbəti həftə bərpa olunacaq. Hazırda İsrail tərəfi HAMAS-ın mövqeyini öyrənir.

Ajans.az APA-ya istinadən bildirir ki, bu barədə xəbəri “Al Qahera News TV” yayıb.

İddiaya əsasən, İsrailin nümayəndə heyəti iyulun 24-də baş nazir Benyamin Netanyahunun tələbi ilə məsləhətləşmələr üçün geri qayıdıb. Bundan sonra ABŞ- rəsmiləri də Vaşinqtona çağırılıb.

Telekanalın süjetində həmçinin, hər iki tərəfin razılaşma əldə olunması məqsədilə daxildən ciddi təzyiqlərə məruz qaldığı qeyd edilib.

O da bildirilib ki, Qəzza bölgəsində hökm sürən ərzaq çatışmazlığı vəziyyəti bir qədər də mürəkkəbləşdirib.

Mövzular:
Qəzza Atəşkəs

Digər Xəbərlər