Reklam resmi
Reklam resmi

Salyanda DƏHŞƏT: Yaralılar var

Salyanda DƏHŞƏT: Yaralılar var
Hadisə
419

Salyan rayonunda yol qəzası olub, yaralananlar var.

Ajans.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əlibəy Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Sonata” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Salyan şəhər sakinləri – 1962-ci il təvəllüdlü Bağırova Bikəxanım Abdulhəsən qızı və 1985-ci il təvəllüdlü Mənəfova Vüsalə Sabir qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Qəza Salyan

Digər Xəbərlər