Firmino Qətərə transfer olundu
Qətər futbol klubu Al Sadd, 33 yaşlı braziliyalı hücumçu Roberto Firmino ilə 2 illik müqavilə imzaladı.
Ajans.az xəbər verir ki,klubun açıqlamasında belə deyilir:
"Səudiyyə Ərəbistanı təmsilçisi Al-Ahli-dən braziliyalı hücumçu Roberto Firmino ilə 2027-ci ilə qədər qüvvədə olan iki illik müqavilə imzaladıq."
2023-cü ilin yayında İngiltərənin Liverpool komandasında Al-Ahli-yə transfer olunan braziliyalı forvet, Səudiyyə klubunun heyətində bütün turnirlər üzrə 65 oyuna çıxıb və 21 qol vurub.
Mövzular: