Reklam resmi
Reklam resmi

Rusiya Ukraynaya ATƏŞKƏS TƏKLİF ETDİ

Rusiya Ukraynaya ATƏŞKƏS TƏKLİF ETDİ
Dünya

Rusiya Ukrayna tərəfinə tibbi qrupların yaralıları aparmasına icazə vermək üçün qısa müddətlik humanitar fasilə təklif edib.

Ajans.az xəbər verir ki, bu barədə İstanbuldakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

“Biz bir daha Ukrayna tərəfinə təklif etdik ki, cəbhə xəttində qısamüddətli – 24-48 saatlıq atəşkəs elan edilməsi ilə bağlı çox vacib məsələyə baxılsın ki, tibb briqadaları yaralıları, komandirlər isə öz əsgərlərinin cəsədlərini götürmək imkanı əldə etsinlər”, - Medinski söyləyib.

author picture
Zülfiyə Ağa
Mövzular:
Rusiya Ukrayna hərbi münaqişə sülh İstanbul görüş açıqlama

Digər Xəbərlər