Saatlıda ölümlə nəticələnən AVTOQƏZA
Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə Sabirabad–Saatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada – 1957-ci il təvəllüdlü Bəylik kənd sakini Əliyeva Rahilə Babaş qızı “VAZ 2107” markalı, 40-BF-564 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: