ABŞ-Yaponiya ticarət sazişi
Tramp, idxala 15% rüsum tətbiq ediləcək Yaponiya ticarət sazişini elan edib.
Ajans.az euronews-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Yaponiyayla ticarət sazişi əldə etdiyini bildirib.
Yeni razılaşmaya əsasən, ABŞ Yaponiyadan idxal olunan mallara 15% rüsum tətbiq edəcək. Bu, əvvəlcədən təhdid edilən 25%-lik rüsumdan aşağıdır.
Tramp həmçinin iddia edib ki, Yaponiya "mənim göstərişimlə" ABŞ-a 550 milyard dollar (468,5 milyard avro) sərmayə yatıracaq və öz iqtisadiyyatını Amerika avtomobilləri və düyüsü üçün "açacaq".
“Bu saziş yüz minlərlə iş yeri yaradacaq — bundan əvvəl belə bir şey olmayıb,” – Tramp Truth Social platformasında yazıb.
O əlavə edib ki, ABŞ “Yaponiya ilə həmişə böyük münasibətlərə sahib olmağa davam edəcək
Mövzular: