Reklam resmi
Reklam resmi

Astarada zəncirvarı QƏZA OLDU

Astarada zəncirvarı QƏZA OLDU
Hadisə

Astarada dörd avtomobil toqquşub.

Ajans.az xəbər verir ki, ilkin məlumata görə, dönmə əməliyyatı zamanı "Opel" markalı avtomobil "Audi" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Ardınca həmin ərazidə “Mercedes” və “Moskviç” markalı avtomobillər də toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər 4 avtomobilə ziyan dəyib.

Əraziyə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları cəlb olunub.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Mövzular:
qəza avtomobil nəfər yaralı Astara

Digər Xəbərlər