Reklam resmi
Reklam resmi

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında YANĞIN OLDU

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında YANĞIN OLDU
Cəmiyyət

Sumqayıtın 6-cı mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Ajans.az xəbər verir ki, hadisə zamanı binada yaşayan sakinlər arasında tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə dərhal yanğınsöndürən briqadaları cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Mənzillərdə qalan sakinlərin oradan çıxarılması ilə bağlı da işlər görülür.

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Mövzular:
Yanğın bina Sumqayıt çoxmərtəbəli yaşayış

Digər Xəbərlər