Rusiyaya uçuşların təxirə salınması xəbərinə AZAL-dan AÇIQLAMA
Bakı-Moskva arasında aviareyslərin təxirə salınması ilə bağlı Ajans.az-a şikayət daxil olması haqqında xəbər vermişdik. Lakin məlumatı anında araşdıra bilmədiyimiz üçün dəqiq xəbər çatdıra bilmədik. Çünki AZAL-dan zənglərimizi cavablandıran olmadı.
Lakin Ajans.az irəliləyən dəqiqələrdə yenidən əlaqə saxlamağa çalışıb.
Bu dəfə AZAL-dan verilən məlumata əsasən, Bakı-Moskva aviareysləri arasında heç bir təxir və gecikmə hallarına rast gəlinməyib. Bütün uçuşlar vaxtında həyata keçirilib.
“Rusiyaya uçan digər aviaşirkətlərdə təxir və gecikmə hallarının baş verdiyi haqda dəqiq məlumat verə bilmərik.”-deyə, qurumdan açıqlanıb.
Mövzular: