Reklam resmi
Reklam resmi

Məşhur ticarət mərkəzi cərimələnə bilər

Məşhur ticarət mərkəzi cərimələnə bilər
Cəmiyyət

“Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” olan MMC cərimlənə bilər.

Ajans.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini pozduğuna görə haqqında protokol tərtib edilib.

Məsələyə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi məcburi auditdən yayınmaya görə cərimə nəzərdə tutur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Mövzular:
Binə cərimə

Digər Xəbərlər