Reklam resmi
Reklam resmi

"AF BEACH"də heyvanlar ağır şəraitdə saxlanılır

\"AF BEACH\"də heyvanlar ağır şəraitdə saxlanılır
Cəmiyyət

Sosial şəbəkələrdə AF Beach-də ev heyvanlarının, xüsusən də pişiklərin qəfəsdə ağır şəraitdə saxlanıldığını göstərən görüntülər yayılıb.

Ajans.az xəbər verir ki, kadrlarda ev pişiyinin dar qəfəs arxasında istidən çarəsiz vəziyyətdə olduğu görünür.

Qeyd edək ki, bu cür halların tanınmış istirahət məkanında baş verməsi daha da narahatedicidir. Ev heyvanlarının bu şəraitdə saxlanılması ictimai qınağa səbəb olub. Lakin AF Beach rəhbərliyi məsələyə hələlik rəsmi açıqlama verməyib.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hər hansı addım atılıb-atılmayacağı bəlli deyil.  Lakin bu vəziyyətin bu günə qədər heç bir  qurum və ya nəzarət orqanı tərəfindən görülməməsi inandırıcı deyil.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
AF Beach ev heyvanları isti ağır şərait qəfəs

Digər Xəbərlər