Reklam resmi
Reklam resmi

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Azərbaycan və Pakistan XİN başçıları danışdı
Dünya

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və pakistanlı həmkarı İshaq Dar arasında telefon danışığı baş tutub.

Ajans.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. XİN rəhbərləri Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyərək, əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılan müştərək addımlardan məmnunluq ifadə ediblər.

Həmçinin, Azərbaycan və Pakistan XİN rəhbərləri BMT və İƏT çərçivəsində iki ölkənin aktiv əməkdaşlığından da razılıqlarını dilə gətiriblər.

Mövzular:
Azərbaycan Pakistan XİN

Digər Xəbərlər