Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti cüzi azalıb.
Ajans.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.49 ABŞ dolları və ya 0.67% azalaraq 72.18 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
Mövzular: