Reklam resmi
Reklam resmi

Bakıdakı məşhur otel bu səbəbdən SÖKÜLÜR

Bakıdakı məşhur otel bu səbəbdən SÖKÜLÜR
Cəmiyyət

Bakıda yerləşən “Naxçıvan” hoteli sökülür.

Ajans.az xəbər verir ki, hotelin yerləşdiyi bina istismar müddətini başa vurduğu üçün sökülür.

Bakıda köhnə, qəzalı, insanların həyatı üçün də təhlüə yaradan binalardan biri də məhz “Naxçıvan” hoteli idi. 2000-ci il noyabrın 25-də Bakıda 6,8 bal gücündə baş vermiş zəlzələdə bina ciddi ziyan görmüşdü. Zəlzələdən sonra binada müəyyən bərkitmə və təmir işləri aparılsa da, hotel hazırda istismara yararsız vəziyyətdə idi. Hətta binaya kənardan baxdıqda belə eyvanların altındakı çatları və açıqda qalmış dəmir konstruksiyaları aydın şəkildə görünürdü. 
Qeyd edək ki, “Naxçıvan” hoteli paytaxtın İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəşisməsində yerləşən “Hyatt regency” kompleksinə məxsusdur.

Mövzular:
Naxçıvan hotel müddət sökmək istismar

Digər Xəbərlər