Reklam resmi
Reklam resmi

Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib

Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib
Cəmiyyət

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 18-də Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Ajans.az xəbər verir ki, Əli Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Mövzular:
Əli Əsədov Yuliya Sviridenkon Təbrik

Digər Xəbərlər