İsrail İrana şərtlərini açıqladı
İsrail İrana qarşı əməliyyatın bərpası şərtlərini açıqladı.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, İsrail hakimiyyəti İranın hərbi nüvə proqramını bərpa etməsinə imkan verməyəcək. Bu, iyun ayında İsrail Müdafiə Ordusunun keçirdiyi əməliyyatın əsas məqsədi olub. Bu barədə İsrailin Rusiyadakı səfiri Simona Qalperin jurnalistlər üçün keçirilən brifinqdə danışıb.
“Əgər İranın [hərbi nüvə] proqramına qayıtmaq cəhdlərini görsək , buna imkan verməyəcəyik,” – deyə o, “Xalq şir kimi” əməliyyatının yenidən başlanması ehtimalını şərh edərkən bildirib.
Bununla belə, diplomatın sözlərinə görə, hazırda İrana qarşı hərbi əməliyyatların bərpa olunması ehtimalı uzaq görünür. Səfir vurğulayıb ki, həmin əməliyyat artıq başa çatıb. Bundan əlavə, İsrail, yəhudi dövlətinə təhlükə yaradan ballistik qanadlı raketlərin genişmiqyaslı istehsal proqramının inkişafına da imkan verməyəcək.
Bundan əvvəl səfir Simona Qalperin İranla baş vermiş qarşıdurmanın nəticələri barədə danışmış və bu insidentin artıq bitmiş sayıldığını qeyd etmişdi.