Reklam resmi
Reklam resmi

Şəhidimiz dəfn olundu

Şəhidimiz dəfn olundu
Cəmiyyət

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Məzahir Xalıq oğlu Kərimovun qalıqları ailəsinə təhvil verilib.

Ajans.az xəbər verir ki, itkin düşmüş hərbçi Kərimov Məzahir Xalıq oğlunun qalıqları Xaçmaz rayonunun Çarxı kəndinə gətirilib. Burada şəhidlə vida mərasimi keçirilib.

Daha sonra şəhid Məzahir Kərimov Xaçmaz rayonu Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Kərimov Məzahir Xaliq oğlu Xaçmaz rayonunun Usta Cəlilli kəndində doğulub. O, 1994-cü ilin 18 fevralında Kəlbəcər uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində itkin düşüb.

Mövzular:
Şəhid Birinci Qarabağ müharibəsi təhvil dəfn

Digər Xəbərlər