Reklam resmi
Reklam resmi

Hər kəs istədiyi məktəbi və müəllimi SEÇƏ BİLƏCƏK

Hər kəs istədiyi məktəbi və müəllimi SEÇƏ BİLƏCƏK
Cəmiyyət

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunur.

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi mövzu ilə bağlı Ajans.az-a açıqlama verib. 

O bildirib ki, agentliyin rəsmi məlumatına əsasən, prioritet seçim ləğv olunub. Artıq hər bir valideyn sərbəst şəkildə övladını istədiyi məktəbdə və müəllim tərəfindən tədrisinə qərar verə biləcək. Burada seçilən məktəblərə şagird axınının çox olması gözləniləndir. 

Ekspert bildirib ki, bəzi məktəblərdə şagird müraciətlərinin yüksək olması qorxulu deyil. Çünki hər bir məktəbin öz şagird tutumu var. Məsələn, bir məktəbdə rus bölməsi üzrə cəmi 50 nəfər şagirdə yer varsa, 51-ci şagird orada təhsil ala bilməz. Nisbətən az şagirdin oxuduğu məktəblərdə şagird sayının daha da azalması gözlənilmir. Çünki müvafiq plan yerləri qoyulacaq. Elçin Əfəndi qeyd edib ki, bu prosesdən sonra da, əvvəl də rəqabət mühiti olub. Bundan sonra da davam edəcək.

author picture
Zərif Sofiyeva
Mövzular:
MÜTDA Məktəblər Şagirdlər Rus dili bölməsi Elçin Əfəndi

Digər Xəbərlər