Reklam resmi
Reklam resmi

İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu
Dünya

İranın Simnan əyalətinin Əmiriyə bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı İran KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 4:46-da meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik zəlzələ nəticəsində hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, iyulun 15-də də sözügedən bölgədə 4.7 bal gücündə zəlzələ olub.

Mövzular:
zəlzələ İran Simnan əyaləti

Digər Xəbərlər