Gürcüstana müdaxilə cəhdi
Gürcüstanda Qərbin yeni müdaxilə cəhdləri barədə məlumat verildi.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Qərbin gələcəkdə Gürcüstanda seçkilərə müdaxilə etməyi və ölkədə yeni etirazlar başlatmağı planlaşdırdığı bildirilib. Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuashvili "İmedi"yə verdiyi müsahibədə danışıb.
"Biz xaricdən xaos yaratmaq cəhdlərinin əlamətlərini görürük. Brüsseldən bəzi addımlar ölkənin xaricdən destabilizasiyasına yönəldilmiş cəhdlərin olacağını göstərir", — deyə siyasətçi proqnoz verib.
Papuashvili ölkədə keçiriləcək bələdiyyə seçkilərinə Qərbin müdaxilə cəhdlərini elan edib və 2024-cü ilin payızında keçirilmiş parlament seçkilərinə xarici təsiri şərh edib. Onun sözlərinə görə, Avropa diplomatları "səfirlik örtüklərini çıxarıb" və 1961-ci il Vyana diplomatik münasibətlər konvensiyasını pozublar.
"Biz görürük ki, ölkədə öz kuklalarını hakimiyyətə gətirmək istəyənlər var, amma biz bu filmi artıq görmüşük", — deyə Gürcüstan parlamentinin spikeri vurğulayıb.
Əvvəllər Gürcüstanın Baş naziri İrakli Kobaxidze son dörd il ərzində qarşısı alınmış dövlət çevrilişi cəhdlərinin sayını açıqlamışdı. Onun sözlərinə görə, ölkədə daxili destabilizasiya cəhdlərinə baxmayaraq, Gürcüstan regionda iqtisadi artım sürəti baxımından lider mövqeyini qoruyur.