Şahin Şıxlinski Rusiyada AXTARIŞA VERİLDİ
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski federal axtarışa verilib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İlkin məlumata görə, onun Moskvada olduğu ehtimal edilir.
"Onun Azərbaycanın Moskvadakı səfirliyinin binasında yerləşən mənzildə gizləndiyi güman edilir. Bu gün onun Yekaterinburqdakı mənzilində axtarışlar aparılıb”, - mənbələrdən birində qeyd edilib.
Şahin Şıxlınskinin də bir gün əvvəl istintaq təcridxanasına göndərilmiş oğlu kimi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə şübhəli bilinəcəyi ehtimal edilir.
Onu da xatırladaq ki, Yekaterinburqdakı “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski iyilun 1-ində həbs edilmiş və şahid qismində dindirilmişdi. Şahin Şıxlinski iyunun 27-də həbs edilən Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində ifadə vermiş, sərbəst buraxılmışdı. O, Rusiyada vəkillik fəaliyyəti ilə məşğul olur.
Ajans.az Şahin Şıxlınskinin sərbəst buraxıldığı zamanın videosunu sizlərə təqdim edir:
Bu gönderiyi Instagram'da gör