Reklam resmi
Reklam resmi

Ukrayna: Rusiya geniş hücuma hazırlaşır

Ukrayna: Rusiya geniş hücuma hazırlaşır
Dünya

Ukraynada Rusiyanın yaxın vaxtlarda genişmiqyaslı hücuma keçəcəyi barədə xəbərdarlıq edilib.

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiya qoşunları yaxın günlərdə təxminən 160 min hərbçinin iştirak edəcəyi genişmiqyaslı hücuma başlaya bilər. Bu barədə CNN Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

“Güman olunur ki, Rusiya bir neçə gün və ya həftə ərzində gücləndirilmiş yay hücum əməliyyatına başlaya bilər. Ukrayna rəsmilərinin bildirdiyinə görə, bu əməliyyatda 160 minə yaxın hərbçi cəlb oluna bilər və onlar artıq cəbhə xətti yaxınlığında cəmləşirlər”, – deyə məlumatda bildirilir.

Materialda qeyd olunur ki, Rusiya son iki həftə ərzində döyüş meydanında kiçik, lakin əhəmiyyətli irəliləyişlər əldə edib və bu, Pokrovsk, Konstantinovka və Kupyanskda Ukrayna qüvvələrinin təcrid olunması üçün əlverişli mövqelərin tutulmasına imkan verib. CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Trampın 50 gün ərzində atəşkəs əldə olunmasa sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədələri Rusiyaya son həftələrdəki irəliləyişlərdən istifadə üçün fürsət yaradır.

Bundan əvvəl Rusiya hərbçiləri Xarkov vilayətindəki Kupyansk şəhərini iki tərəfdən mühasirəyə almağa başlayıblar.

Mövzular:
hücum ukrayna rusiya

Digər Xəbərlər